Bank Of Baku

«Parabank»ın aktivləri son bir ildə 45% artıb

«Parabank»ın aktivləri son bir ildə 45% artıb
# 02 noyabr 2010 07:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 107,689 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-i ilə müqayisədə 45% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 31% genişlənərək 61,394 mln. manata, o cümlədən əhalinin əmanətləri 36% artaraq 57,756 mln. manata çatıb. Bankın kredit portfeli 53% artaraq 73,353 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 42% artaraq 40,272 mln. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 19% artaraq 14,008 mln. manat, o cümlədən nizamnamə kapitalı 15% artaraq 11,570 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 44% artaraq 13,884 mln. manat, xərcləri isə 38% artaraq 12,785 mln. manat təşkil edib. Nəticədə, son bir ildə bankın mənfəəti 3,1 dəfə artaraq 1,099 mln. manata çatıb.

Bundan başqa, bu müddət ərzində bankın müştərilərinin sayı 6,5% artaraq 21 512, o cümlədən fiziki şəxslərin sayı 0,5% artaraq 13 943, hüquqi şəxslərin sayı isə 20% artaraq 7 569 olub. Bununla yanaşı, son bir ildə aktiv plastik kartların sayı 53% artaraq 4 248-ə, o cümlədən debet kartlarının sayı 31% azalaraq 1 202-yə, kredit kartlarının sayı 2,9 dəfə artaraq 3 046-ya çatıb.

Qeyd edək ki, bu müddət ərzində bankın işçilərinin sayı 30% artaraq 426 nəfər, orta aylıq əmək haqqı isə 3,8% artaraq 489 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 140 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR