Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 3 dəfə artırıb

«Azərbaycan Sənaye Bankı» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 3 dəfə artırıb
# 02 noyabr 2010 08:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 111,927 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 6,2% genişlənərək 26,539 mln. manat, o cümlədən əhalinin əmanətləri 3 dəfə artaraq 8,896 mln. manat, kredit portfeli 15% artaraq 73,810 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 31% artaraq 34,705 mln. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 10% artaraq 25,940 mln. manata, o cümlədən nizamnamə kapitalı 11% artaraq 22,114 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 41% artaraq 8,878 mln. manat, xərcləri isə 35% artaraq 7,628 mln. manat olub. Nəticədə, bu ilin yanvar-sentyabr aylarında bankın əldə etdiyi mənfəətin həcmi 1,250 mln. manat təşkil edib. Ötən ilin 9 ayını isə bank 293 min manat zərərlə başa vurub.

Bu müddət ərzində bankın cəmi müştərilərinin sayı 40% artaraq 24 202-yə, o cümlədən fiziki şəxslərin sayı 31% artaraq 21 710-a, hüquqi şəxslərin sayı isə 3,6 dəfə artaraq 2 492-yə çatıb. Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 54% artaraq 14 458, o cümlədən debet kartlarının sayı 51% artaraq 13 261, kredit kartları isə 93% artaraq 1 197 olub.

Xatırladaq ki, hesabat dövründə bankın işçilərinin sayı 1,3% artaraq 154 nəfərə çatıb.

«Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 8 filialı, 29 bankomatı və 282 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR