Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi oktyabrda 87% artıb

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi oktyabrda 87% artıb
# 02 noyabr 2010 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 27 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 13 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi 46,816 mln. manat və ya dollar ekvivalentində 58,5 mln. təşkil edib. Bu isə sentyabr ayı ilə müqayisədə 21,573 mln. manat və ya 85,5% çoxdur.

Oktyabrda həmçinin, EUR/AZN aləti üzrə dövriyyə 334 830 manat, bu alət üzrə avronun manata qarşı orta ölçülmüş məzənnəsi isə 1,1161 manat təşkil edib.

Ümumiyyətlə, hesabat ayında xarici valyutalar üzrə elektron ticarətin həcmi 47,151 mln. manat təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 86,8% çoxdur.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,786 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 2,167 mln. dollar təşkil edib.

Eyni zamanda oktyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (34,36%), «Azərbaycan Sənaye Bankı» (25,21%), «YapıKredi Bank Azerbaijan» (9,40%), «Royal Bank» (4,50%) və «Turanbank» (4,27%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR