Bank Of Baku

Azərbaycanda avtomobillərin icbari sığorta haqları artırılacaq

Azərbaycanda avtomobillərin icbari sığorta haqları artırılacaq
# 02 noyabr 2010 09:35 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, bu dəyişikliklərə əsasən, sığorta haqlarının və sığorta hadisəsi zamanı ödənilən məbləğlərin artırılması nəzərdə tutulub. Məsələn, digər şəxslərin əmlakına dəyən zərərə və fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə ödənilən məbləğin maksimum həddi indiki 1000 manatdan 5000 manata qaldırılacaq.

N.Xəlilovun sözlərinə görə, icbari sığorta zamanı illik sığorta haqqının avtomobil vasitələrinin mühərrikinin həcmindən asılı olaraq hesablanması da nəzərdə tutulur, avtomobilin gücü artdıqca, sığorta haqqı da artacaq: «Çünki qəza zamanı, məsələn, «Zaparojest»lə «Hammer»in vurduğu zərər eyni olmur».

Qeyd edək ki, yeni qanun layihəsi baxılmaq üçün artıq Prezident Administrasiyasına təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR