Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi ötən ay 0,5% düşüb

Azərbaycanda dolların birja məzənnəsi ötən ay 0,5% düşüb
# 02 noyabr 2010 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,5% qalxıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8032 AZN-dən 0,7994 AZN-dək düşüb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi oktyabr ayında 0,8003 AZN-ə bərabər olub. Halbuki, sentyabr ayında bu göstərici 0,8033 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin oktyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 13 bankın iştirakı ilə 46,816 mln. manat və ya 58,5 mln. dollar həcmində 27 alqı-satqı əqdi qeydə alınıb. Bu isə sentyabr ayı ilə müqayisədə 85,5% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR