Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
# 02 noyabr 2010 11:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) cari ilin ilk 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, iclasa sədrlik edən QKDK-nın sədri Rüfət Aslanlı hesabat dövrünün həm dünya, həm də Azərbaycan iqtisadiyyatı üçün bir sıra xüsusiyyətlərlə yadda qaldığını qeyd edib. Dünyanın aparıcı iqtisadiyyatlarında böhrandan sonrakı bərpa proseslərindən söz açan R.Aslanlı inkişaf etmiş ölkələrdə iqtisadi artımın fiskal konsolidasiya tədbirlərinin tətbiqi ilə əlaqədar olaraq, daha konservativ artım nümayiş etdirdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Komitə sədri çıxışında bir sıra ölkələrin ixracatı dəstəkləmək məqsədilə valyutalarını bilərəkdən dəyərdən salaraq, «valyuta müharibələri» mövzusunun gündəmə gəlməsindən bəhs edərək, qlobal iqtisadiyatda proteksionist meyllərin artması təhlükəsini doğurduğunu bildirib.
Daha sonra R.Aslanlı cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda makroiqtisadi vəziyyətin stabil qaldığını bildirib və qeyd edib ki, hesabat dövründə iqtisadiyyatda 4,1%, neft sektorunda 2,7%, qeyri-neft sektorunda isə 5,2% artım qeydə alınıb. QKDK-nın sədri neft qiymətləri və hasilatın sabitlləşdiyi dövrdə əldə edilən iqtisadi artımın əsasən qeyri-neft sektorunun inkişafı hesabına baş verməsini və bunun da istisadiyyatın şaxələndirilməsinin uğurlu nəticəsinin olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Bundan sonra R.Aslanlı ölkənin qiymətli kağızlar bazarındakı mövcud vəziyyət haqqında və hesabat dövrü ərzində bazarın inkişafına dair həyata keçirilən tədbirlərdən, eləcə də, qarşıda duran vəzifələrdən bəhs edib.

Daha sonra QKDK-nın tədqiqatlar və bazarın inkişafı şöbəsi ötən dövr ərzində qlobal və yerli bazarlarda baş verən əsas meyllər haqqında təfərrüatlı məlumat verib və bildirilib ki, beynəlxalq maliyyə institutlarının proqnozlarına əsasən, dünya iqtisadiyyatının 2010-cu ili 4,8%, 2011-ci ili isə 4,2% artımla başa vuracağı gözlənilir. Məruzədə hesabat dövründə Azərbaycan korporativ borc bazarının 2,5 dəfə artdığı, səhmlərin ilkin bazarında isə cari ilin əvvəlki rübləri ilə müqayisədə əhəmiyyətli canlanmanın müşahidə edildiyi qeyd olunub.

Sonra QKDK sədrinin müavinləri və QKDK Aparatının rəhbəri geniş məruzələrlə çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən həyata keçirilən tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. Məruzələrdə qeyd edilib ki, ötən dövr ərzində «İnvestisiya fondları haqqında», «Qiymətli kağızlar haqqında» və «Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında» qanun layihələri hazırlanaraq müvafiq təşkilatlara təqdim edilib. Bundan başqa, qiymətli kağızlarla ticarət və postticarət sisteminin elektron əlaqənin yaradılması üzrə işlər ümumilikdə yekunlaşdırılıb və bununla əlaqədar müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra sistemin tam istismara veriləcəyi nəzərdə tutulub.
Bununla yanaşı, QKDK-nın və bazarın peşəkar iştirakçılarının funksional potensialının gücləndirilməsi, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığının genişləndirilməsi, dövlət qulluqçularının peşəkarlığının artırılması, ictimaiyyət üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkil edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat iştirakçıların diqqətinə təqdim edildi. Daha sonra QKDK-nın Daxili nəzarət sektoru tərəfindən ötən dövr ərzində struktur bölmələrin fəaliyyət planlarının icra vəziyyəti barəsində məlumat verib.
Çıxışlar yekunlaşdırıldıqdan sonra, QKDK-nın sədri R.Aslanlı hər kurasiya üzrə struktur bölmələrin fəaliyyət planlarının icra vəziyyətini ayrılıqda müzakirə etdi və müzakirənin nəticəsi olaraq, struktur bölmələr üzrə gələcək dövr üçün konkret tapşırıqlar verib.

R.Aslanlı cari ilin ilk 9 ayının yekunlarını ümumilikdə komitənin fəaliyyət istiqamətləri üzrə məhsuldar dövr kimi qiymətləndirərək, struktur bölmələrin növbəti dövr üçün əsas prioritetlərini iclas iştirakçılarının diqqətinə çatdırıb. O, 2010-cu ilin QKDK üçün «reqlamentləşdirilmə ili» olduğunu iclas iştirakçılarına xatırladaraq, bu istiqamətdə nəzərdə tutulan tədbirlərin cari ilin sonunadək yekunlaşdırılmasını tapşırıb. Gələn ili QKDK üçün «potensialın genişləndirilməsi və inkişaf etdirilməsi ili» kimi bəyan edən QKDK-nın sədri 2011-ci il üzrə struktur bölmələrin fəaliyyət planlarının işlənib hazırlanmasına başlanılmasını və bu prosesdə, qeyd edilən çağırışın nəzərə alınmasını tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR