Bank Of Baku

«Royal Bank» plastik kartlarla bağlı 7 layihənin icrasına başlayır

«Royal Bank» plastik kartlarla bağlı 7 layihənin icrasına başlayır
# 02 noyabr 2010 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC plastik kartların çeşidini genişləndirmək məqsədi ilə növbəti ildən etibarən 7 layihənin icrasına başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Samir Əkbərov bildirib.

S.Əkbərovun sözlərinə görə, layihələr «Visa» və «MasterCard» beynəlxalq ödəniş sisteminə aid plastik kartlarla bağlı olacaq: «Kartların çeşidinə görə «Royal Bank» ölkədə fəaliyyət göstərən banklar sırasında liderdir. Lakin biz bununla kifayətlənmirik, bazara daha geniş çeşiddə kartlar çıxarmaq niyyətindəyik. Bu layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlar bu il dekabr ayının 25-dək başa çatacaq».

S.Əkbərov daha sonra bankın filial şəbəkəsinin genişləndirilməsi ilə bağlı danışıb. Bankın sədri növbəti il ərzində regionda daha 4 filialın açılacağını bildirib: «Filiallar respublikanın şimal rayonlarını əhatə edəcək. Bakıda kifayət qədər filialımız mövcuddur. Şəbəkənin genişləndirilməsində məqsəd bölgələrdə yaşayan əhalinin bank xidmətlərindən istifadəsini daha da genişləndirməkdir».

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 174,850 mln. manat, depozit portfeli 115,444 mln. manat, kredit portfeli 121,597 mln. manat, məcmu kapitalı 19,393 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,639 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR