Göründüyü kimi, 2010-cu il iyun ayının əvvəlindən rəsmi valyuta ehtiyatları üzrə ardıcıl artım müşahidə olunur. Oktyabr ayı ərzində baş vermiş artıma gəldikdə, buna əsasən dünya bazarlarında avronun dollara qarşı məzənnəsinin möhkəmlənməsi səbəb olub. Nəticədə, Azərbaycanın valyuta ehtiyatlarının avroda olan tərkib hissəsi dollar ifadəsində artıb.
Eyni zamanda, ehtiyatların avroyada saxlanılan hissə konkret məlum olmadığına görə, dəqiq hesablama aparmaq mümkün deyil. Lakin nisbi hesablama göstərir ki, ehtiyatların fiziki həcmi müəyyən dərəcədə azalıb. Belə ki, oktyabrda dolların avroya qarşı ucuzlaşması 1,7% təşkil edib. Eyni zamanda, ehtiyatların avroya düşən payı hətta 40% səviyyəsində olarsa, bu hissə üzrə məzənnə fərqi ilə bağlı artım 2,9%-ə bərabərdir ki, bu da ümumi artımdan çoxdur. Beləliklə, məzənnə fərqi ilə bağlı yaranmış gəlirlə paralel olaraq ehtiyatların fiziki həcmində azalma baş verib.