Bank Of Baku

«Atrabank»ın depozit portfeli son bir ildə 55% artıb

«Atrabank»ın depozit portfeli son bir ildə 55% artıb
# 03 noyabr 2010 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin oktyabr ayının 1-nə 35,071 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 55% genişlənərək 7,264 mln. manata, o cümlədən əhalinin əmanətləri 50% artaraq 6,302 manata, kredit portfeli 5,7% artaraq 26,333 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 46% artaraq 7,071 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 0,1% artaraq 10,926 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,425 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 1,8% azalaraq 2,379 mln. manat, xərcləri isə 0,3% azalaraq 2,369 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 4,5 dəfə azalaraq 9,91 min manat olub.

Bundan başqa, bu dövrdə bankın müştərilərinin sayı 1,2% azalaraq 6 560, o cümlədən fiziki şəxslərin sayı 1,6% azalaraq 5 478, hüquqi şəxslərin sayı isə 0,7% artaraq 1 082 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 32% artaraq 884-ə, debet kartlarının sayı 39% artaraq 761-ə, kredit kartları isə 0,8% azalaraq 123-ə çatıb. Eyni zamanda, bankın işçilərinin sayı 4,7% artaraq 178 nəfərə, orta aylıq əmək haqqı isə 7% azalaraq 384 manat olub.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 13 bankomatı və 37 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR