Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfə artıb
# 03 noyabr 2010 09:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 2010-cu ilin 9 ayı ərzində dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə 20,2 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 15,7 mlrd. dolları Azərbaycandan ixrac olunmuş mallar, 4,5 mlrd. dolları idxal edilmiş məhsullar təşkil edib.

Beləliklə, Azərbaycanın xarici ticarətində 11,2 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Ümumilikdə isə, 2009-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 40,7%, o cümlədən ixrac 56,8%, idxal 3,8% artıb.

İdxal-ixrac əməliyyatlarının 56,7%-i Avropa, 31,8%-i Asiya, 10,2%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələrinin, 0,2%-i isə Okeaniyanın payına düşür. Daha dəqiq, xarici ticarət əməliyyatlarının 25,1%-i İtaliya, 8,2%-i Fransa, 7,4%-i ABŞ, 7,1%-i İsrail, 6,4%-i Rusiya, 4,7%-i Ukrayna, 3,7%-i İndoneziya, 3,2%-i Türkiyə, 3,1%-i Çin, 3%-i Malayziya, 2,7%-i Xorvatiya, 1,8%-i Almaniya, 1,7%-i Sinqapur, qalan 18,7%-i digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR