Bank Of Baku

BVF Azərbaycana qeyri-neft sektorunda büdcə kəsirini azaltmağı tövsiyə edir

BVF Azərbaycana qeyri-neft sektorunda büdcə kəsirini azaltmağı tövsiyə edir
# 03 noyabr 2010 10:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda dövlət orqanları iqtisadiyyatın qeyri-neft sahələrini inkişaf etdirməyə cəhd göstərir və bu istiqamətdə qeyri-neft sektorunda büdcə kəsirinin azaldılması tövsiyə olunur. «APA-Economics»in məlumatına görə, bu, Beynəlxalq Valyuta Fondunun Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni məruzəsində bildirilir.

Hesabatda vurğulanır ki, qeyri-neft sektorunda büdcə kəsirinin azaldılması vergi-büdcə sisteminin ortamüddətli dayanıqlığını təmin edəcək, bu da ortamüddətli perspektivdə neft hasilatının proqnozlaşdırılan azalması fonunda mühüm əhəmiyyət kəsb edəcək.

Ümumikdə, BVF Azərbaycanın 2010-cu ildə iqtisadi siyasətdə neytral mövqeyə üstünlük verdiyini vurğulayır və bunun 2011-cu ildə də davam etdirilməsini vacib sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR