Bank Of Baku

«Unibank» kart hesabları üzrə əməliyyatları prosessinq mərkəzi ilə sinxronlaşdırıb

«Unibank» kart hesabları üzrə əməliyyatları prosessinq mərkəzi ilə sinxronlaşdırıb
# 03 noyabr 2010 11:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC «MilliKart» Prosessinq Mərkəzi ilə real vaxt rejimində kart hesabları üzrə əməliyyatların tam sinxronlaşdırılmasına nail olub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, indi bankın hər bir müştərisi istər kart hesabındakı vəsaitlərin artırılmasını, istərsə də plastik kartlarla kredit əməliyyatlarını daha operativ şəkildə yerinə yetirə bilər. Eyni zamanda, onlar bankın iş günü ərzində öz kart hesablarındakı qalıqlar və dövriyyədən çıxarılan vəsaitlər barədə məlumatları yeniləyə biləcəklər. Bu cür əməliyyatların yerinə yetirilməsi üçün avtomatlaşdırılmış bank sistemində «MilliKart» Prosessinq Mərkəzindən müəyyən məlumatların sorğulanması və kart hesablarında kifayət qədər vəsaitlərin olub-olmamasını təyin edən bir neçə tətbiqi modul işə salınıb.

Xatırladaq ki, «Unibank» ASC «MasterCard» və «VISA International» beynəlxalq ödəniş sistemlərinə aid 60 mindən artıq plastik kartının emissiyasını həyata keçirib. «MasterCard»da və «VISA International»da ekvayer statusuna malik olmaqla yanaşı, bank həmçinin «MilliKart» Prosessinq Mərkəzinin təsisçilərindən biridir.

«Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı, 63 bankomatı və 210 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR