Bank Of Baku

Azərbaycan İpoteka Fondunun xətti ilə oktyabrda 7,1 mln. manat kredit verilib

Azərbaycan İpoteka Fondunun xətti ilə oktyabrda 7,1 mln. manat kredit verilib
# 03 noyabr 2010 11:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu il noyabr ayının 1-i vəziyyətinə Azərbaycanda adambaşına düşən dövlət ipoteka kreditlərinin həcmi 25,6 manata çatıb. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib. Müqayisə üçün bildirək ki, oktyabrın əvvəlinə bu rəqəm 24,9 manat, 2010-cu ilin əvvəlində 17,4 manat olub.

Fondun məlumatına görə, oktyabr ayında əhaliyə 7,1 mln. manat ipoteka krediti (AİF-in xəttilə) verilib. Ümumilikdə, cari ilin ilk 10 ayında ölkə bankları tərəfindən verilən kreditlərin məbləği 80,6 mln. manat olub. Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək verilən ipoteka kreditlərinin həcmi 232,8 mln. manata çatıb. İpoteka Fondu indiyədək bu kreditlərin 159,1 mln. manatını və ya 68,34%-ni təkrar maliyyələşdirib.

AİF-in məlumatına görə, oktyabrın 1-nə ipoteka krediti alanların 41%-i 18-29 yaşında, 31%-i 30-35 yaşında, 28%-i isə 36 yaşdan yuxarı olanlardır.

Qeyd edək ki, AİF-in xətti ilə ipoteka kreditləri 20 müvəkkil kredit təşkilatı vasitəsilə verilir. İpoteka prosesində 12 sığorta, 10 qiymətləndirici şirkətin xidmətlərindən istifadə olunur. Adi ipoteka kreditləri maksimum 50 min manat məbləğində, ilkin ödəniş 15% olmaqla, illik 8%-lə 25 illiyə verilir. Güzəştli (sosial) ipoteka kreditləri maksimum 35 min manat, ilkin ödəniş 15% olmaqla 30 illiyə, illik 4%-lə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR