Bank Of Baku

BVF: Azərbaycanda ÜDM-in adam başına həcmi gələn il 6 min dollara çatacaq

BVF: Azərbaycanda ÜDM-in adam başına həcmi gələn il 6 min dollara çatacaq
# 03 noyabr 2010 12:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda adam başına düşən ÜDM-in həcmi 2011-ci ildə 6 min ABŞ dollarına bərabər olacaq. «APA-Economics»in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondunun Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə hazırladığı yeni hesabatında əksini tapıb.

Cari il üçün isə həmin göstərici BVF tərəfindən 5,5 min dollar həcmində proqnozlaşdırılır. Qeyd edək ki, ötən ilin yekunlarına görə, adam başına düşən ÜDM-in həcmi Azərbaycanda 4 874 dollar, cari ilin 9 ayı üzrə isə 4 090 dollar təşkil edib.

Qeyd edək ki, Qafqaz və Mərkəzi Asiya regionunda ən yüksək adam başına ÜDM Qazaxıstanda gözlənilir:

(min USD)

Ölkə

2010 il

2011 il

Azərbaycan

5,5

6,0

Qazaxıstan

7,2

8,3

Ermənistan

3,0

3,0

Gürcüstan

2,8

2,9

Qırğızıstan

1,0

1,0

Özbəkistan

1,2

1,5

Tacikistan

1,1

1,2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR