Bank Of Baku

Azərbaycandakı bankların məcmu kapitalı bu il 7% artıb

Azərbaycandakı bankların məcmu kapitalı bu il 7% artıb
# 10 noyabr 2010 09:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2010-cu il oktyabr ayının 1-nə 1 876,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 165,4 mln. manat və ya 9,7% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bankların məcmu kapitalı 117,6 mln. manat və ya 6,7%, sentyabr ayında isə 28,8 mln. manat və ya 1,6% artıb.

Beləliklə, sentyabrda artımın həcmi 2010-cu il ərzində müşahidə olunan orta aylıq artımın həcmindən 1,6 dəfə çoxdur. Qeyd edək ki, ötən il məcmu kapitalın orta aylıq artım həcmi 22,3 mln. manata bərabər olub.

Cari ilin oktyabrın 1-nə bankların məcmu kapitalının həcmində 498,6 mln. manat və ya 26,6% Azərbaycan Beynəlxalq Bankının payına düşür. Beləliklə, qalan 46 kommersiya bankı üzrə məcmu kapitalın ortalama həcmi 30 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR