Bank Of Baku

Melli İran Bankının Bakı filialı son bir ildə aktivlərini 40% artırıb

Melli İran Bankının Bakı filialı son bir ildə aktivlərini 40% artırıb
# 10 noyabr 2010 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankının Bakı filialının aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 42,679 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəricidən 39% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 12,3% artaraq 4,754 mln. manat, o cümlədən əhalinin əmanətləri 2,359 mln. manat, kredit portfeli 12% artaraq 7,743 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 21,3% artaraq 4,182 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 20% artaraq 14,824 mln. manata, o cümlədən nizamnamə kapitalı 46% artaraq 14,631 mln. manata çatıb.

Qeyd edək ki, yanvar-sentyabr ayları ərzində bankın gəlirləri 12% artaraq 3,259 mln. manat, xərcləri isə 84% artaraq 3,551 mln. manat təşkil edib. Nəticədə, bank bu ilin yanvar-sentyabr aylarını 292 min manat zərərlə başa vurub. Ötən ilin 9 ayında isə bankın mənfəəti 969,91 min manat olub.

Bu müddət ərzində bankın işçilərinin sayı 9% artaraq 25 nəfər, orta aylıq əmək haqqı 2,7 dəfə artaraq 1 217 manat təşkil edib.

Xatırladaq ki, Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın 4 bankomatı və 1 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR