Bank Of Baku

«Günay Sığorta» şirkətinin daxilolmaları və ödənişləri son bir ildə sabit səviyyədə qalıb

«Günay Sığorta» şirkətinin daxilolmaları və ödənişləri son bir ildə sabit səviyyədə qalıb
# 10 noyabr 2010 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin 2010-cu ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 607,346 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,6% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 0,13% artaraq 128,627 min manat təşkil edib.

Daxilolmalarda ən çox vəsait «Əmlak sığortası» (374,483 min manat), «Tibbi Sığorta» (20,934 min manat) və «Fərdi qəza və xəstəlik sığortası» (11,408 min manat) növləri üzrə toplanılıb ki, bu növlərin də məcmu daxilolmalarda payı müvafiq olaraq 62%, 3,45% və 1,9% təşkil edib.

Ödənişlərə gəldikdə isə, 87,323 min manat «Kasko sığortası» (payı 59%), 22,899 min manat (15,5%) «Əmlak sığortası» və 12,757 min manat (8,63%) «Tibbi sığorta» növləri üzrə ödənilib.

Şirkətdən bildirib ki, cari ilin yanvar-oktyabr aylarını şirkət 7,3 min manat zərərlə başa vurub.

Xatırladaq ki, qeyd olunan dövr ərzində şirkətin banklarda yerləşdirdiyi vəsaitlərdən (1,7 mln. manat) əldə etdiyi faiz gəlirlərinin həcmi 23 min manat təşkil edib.

Qeyd edək ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalına edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli təşkilata çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir.

Şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR