Bank Of Baku

Azərbaycan prezidenti İraqın ticarət nazirini qəbul edib

Azərbaycan prezidenti İraqın ticarət nazirini qəbul edib
# 10 noyabr 2010 11:15 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da İraqın ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İraq arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini, bir-birinə daim qarşılıqlı dəstək verdiyini qeyd edən prezident İ. Əliyev bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı bu sahədə əlaqələri inkişaf etdirmək üçün geniş imkanların olduğunu deyib, bu imkanlardan səmərəli istifadə etməyin zəruriliyini vurğulayıb.
Öz növbəsində, qonaq Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafına böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR