Bank Of Baku

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlərin həcmi azalıb

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlərin həcmi azalıb
# 10 noyabr 2010 12:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) apardığı ödənişlərin həcmi 2010-cu il oktyabr ayında 552 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayı ilə müqayisədə bu göstərici 10 mln. manat və ya 1,8% azalıb.

Qeyd edək ki, XÖHKS sistemi ilə aparılan ödənişlərin sayında oktyabrda artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 7,9% artaraq 735 minə çatıb.

Oktyabr ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 751 manat təşkil edib ki, bu da analoji sentyabr göstəricisindən (825,3 manat) 9% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR