Bank Of Baku

«AtaSığorta» şirkətinin mənfəəti kəskin azalıb

«AtaSığorta» şirkətinin mənfəəti kəskin azalıb
# 10 noyabr 2010 12:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2010-cu ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 3,19 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 21% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin həcmi 24,4% azalaraq 0,51 mln. manat təşkil edib.

Qeyd edək ki, hesabat dövrü ərzində şirkətin ümumi gəlirləri 4,39 mln. manat, ümumi xərcləri isə 3,67 mln. manat olub. Nəticədə, bu ilin yanvar-oktyabr aylarında şirkətin balans mənfəəti 0,72 mln. manata çatıb. Bu isə ötən ilin 9 ayına nisbətən 2,7 dəfə azdır.

Xatırladaq ki, təsisçisi «Ata Holding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manatdır. Şirkət müştərilərə 22 könüllü və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR