Bank Of Baku

«A-Group» sığorta şirkətinin daxilolmaları və ödənişləri sabit qalıb

«A-Group» sığorta şirkətinin daxilolmaları və ödənişləri sabit qalıb
# 10 noyabr 2010 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin sığorta haqlarının həcmi təcili məlumatlara görə, 2010-cu ilin yanvar-oktyabr aylarında 5,754 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,02% azdır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin maliyyə məsələləri üzrə sədr müavini Rəşid Hüseynov bildirib.

R.Hüseynovun sözlərinə görə, bu ilin ilk 10 ayında şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi ötən illə müqayisədə 0,2% artaraq 4,473 mln. manata çatıb.

Sığorta haqlarının strukturunda ən çox vəsait «Tibbi sığorta» ( 5,245 mln. manat) növü üzrə toplanılıb ki, bu da məcmu daxilolmaların 91%-ni təşkil edib.

Daxilolmalarda sonrakı yerləri «Avtonəqliyyat vasitələrinin sığortası» (4,6%), «Əmlakın yanğından sığortası» (1,8%) növləri tutub.

R.Hüseynov bildirib ki, ödənişlərdə ənənəvi olaraq «Tibbi sığorta» (95%) və «Avtonəqliyyat vasitələrinin sığortası» (4,12%) əsas yerləri tutub.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edib. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR