Bank Of Baku

Azərbaycanda pul kütləsinin artımı davam edir

Azərbaycanda pul kütləsinin artımı davam edir
# 10 noyabr 2010 13:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2010-cu il oktyabr ayının 1-nə 9 390 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-sentyabr aylarında pul kütləsinin həcmi 10,9%, sentyabr ayında isə 0,8% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 16% artaraq 7 156,1 mln. manata çatıb:

(mln. AZN)

 

01.10.2009

01.01.2010

01.10.2010

M0 (nağd pullar)

3 620,1

4 174,8

4 897,4

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

4 449,2

5 239,8

5 901,7

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

5 222,4

6 169,2

7 156,1

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

7 458,4

8 469,2

9 390,0



Cari ilin oktyabrın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 68,4% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,9 faiz bəndi azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR