Bank Of Baku

«Xalq Bank» son bir il ərzində kreditləşməni 42% artırıb

«Xalq Bank» son bir il ərzində kreditləşməni 42% artırıb
# 10 noyabr 2010 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 511,713 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəricidən 16% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 5,3% artaraq 315,843 mln. manata, o cümlədən əhalinin əmanətləri 17,5% artaraq 235,358 mln. manata, kredit portfeli 42% artaraq 458,583 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 14% artaraq 14,969 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 19% artaraq 83,607 mln. manat, o cümlədən nizamnamə kapitalı 36% artaraq 72,828 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 39% artaraq 41,236 mln. manat, xərcləri isə 2,1 dəfə artaraq 34,312 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 48% azalaraq 6,924 mln. manata düşüb.

Bu müddət ərzində bankın müştərilərinin sayı 37% artaraq 14 929, o cümlədən fiziki şəxslərin sayı 43% artaraq 14 007 və hüquqi şəxslərin sayı 17% azalaraq 922 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 41% azalaraq 8 063, kredit təyinatlı kartların sayı 92% azalaraq 1 047, debet kartlarının sayı isə 6 dəfə artaraq 7 016 ədəd təşkil edib.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın ölkə üzrə 12 filialı, 28 bankomatı və 44 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR