Bank Of Baku

Azərbaycanda bank filiallarının sayı bu il 20 vahid artıb

Azərbaycanda bank filiallarının sayı bu il 20 vahid artıb
# 10 noyabr 2010 13:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2010-cu il oktyabr ayının 1-nə bank əməliyyatları aparmaq üçün 148 kredit təşkilatının lisenziyası olub ki, bunlardan 101-i bank olmayan kredit təşkilatıdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən 47 bankdan biri dövlət, 46-sı isə özəl bankdır, o cümlədən 23-ü xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən banklardır.

Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.

Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 646-a bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28, ilin əvvəlindən isə 20 filial çoxdur. Filialların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Ümumilikdə, yerli filialları olan bankların sayı 42-yə bərabərdir. Eyni zamanda, Azərbaycan bankların xaricdə fəaliyyət göstərən 8 strukturu var ki, bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR