Bank Of Baku

«AtaSığorta» nizamnamə kapitalını artırır

«AtaSığorta» nizamnamə kapitalını artırır
# 11 noyabr 2010 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AtaSığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 24 manat, sayı 200 min ədəd, emissiyanın ümumi həcmi isə 4,8 mln. manat təşkil edir. Emissiya «AtaSığorta» şirkətinin bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 20 manat olan 200 min ədəd – 4 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 20% artaraq 4,8 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «Ata Holding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manatdır. Şirkət müştərilərə 22 könüllü və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR