Bank Of Baku

İTM: Oktyabrda Azərbaycanda inflyasiya 1,21% olub

İTM: Oktyabrda Azərbaycanda inflyasiya 1,21% olub
# 11 noyabr 2010 08:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi» layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin oktyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, müşahidələr nəticəsində ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,21% artıb. Bu zaman Bakıda qiymətlər 1,17%, regionlarda isə 1,25% artıb. Bu ilin 10 ayında ölkədə 6,23% inflyasiya baş verib.

Ötən ilin oktyabrına nisbətən ölkədə istehlak qiymətləri indeksi 7,59% artıb.

Oktyabr ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə baş soğan (34,66%), yer xiyarı (21,40%), qarabaşaq yarması (16,50%), toyuq yumurtası (12,57%), kütüm, sazan, xəşəm (3,32%), ən çox ucuzlaşma yenə də ərzaq məhsullarından xurma (22, 08%), alma (13,89%), lumu (7,33%), göyərti (7,16%), diş yumaq üçün pastada (1,97%) qeydə alınıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi oktyabrda Azərbaycanda istehlak qiymətləri indeksinin 0,9% artdığını elan edib.

İTM-in ekspertləri həmçinin Azərbaycanın bu ilin oktyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ötən ay Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 145,4 manat, pensiyaçılar üçün 135,22 manat, 0-14 yaşlı uşaqlar üçünsə 185,83 manat təşkil edib.

Oktyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 87,87 manat, pensiyaçılar 83,07 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 106,7 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 32,43 manat, pensiyaçılar üçün 29,89 manat, 0-14 yaşlı uşaqlar üçün 61,66 manat, xidmət xərcləri isə müvafiq olaraq 22,26 manat, 22,83 manat və 17,47 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR