Bank Of Baku

Azərbaycanda nağd dollarla aparılan əməliyyatlar azalıb

Azərbaycanda nağd dollarla aparılan əməliyyatlar azalıb
# 11 noyabr 2010 08:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarından alınan nağd ABŞ dollarının həcmi 2010-cu ilin yanvar-sentyabr aylarında 3 639 901 500 dollara bərabər olub ki, bu da 2009-cu ilin analoji göstəricisindən 18,7% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların satış həcmi isə yanvar-sentyabrda 897 469 300 dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% azdır.

Beləliklə, Azərbaycanda nağd dollarla aparılan əməliyyatların həcmi azalmaqdadır. Buna səbəb olan amillər sırasında ilk növbədə Azərbaycana gətirilən dollar kütləsinin azalmasını qeyd etmək olar ki, bu da öz növbəsində müxtəlif səbəblərlə bağlıdır. Bundan başqa, bank sistemində və maliyyə sektorunda böhranla bağlı müşahidə olunan müəyyən durğunluq da rol oynayıb ki, nəticədə valyuta konvertasiyası əməliyyatlarına ehtiyac azalıb.

Eyni zamanda, nağd dollar alışının satışı üstələməsi tendensiyası davam edir. Göründüyü kimi, cari ilin yanvar-sentyabr ayları üzrə bu göstərici 4,1 dəfə, ötən ilin 9 ayı üzrə 4,4 dəfə, bütövlükdə ötən il üzrə isə 4,1 dəfə təşkil edib.

Xatırladaq ki, 2009-cu il ərzində ümumilikdə əhali 1 418 760 000 dollar həcmində satış, 5 807 164 200 dollar həcmində isə alış əməliyyatları aparıb, bu da əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2,5% az və 16,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR