Bank Of Baku

ABŞ-ın ticarət kəsiri 2,5 mlrd. dollar azalıb

ABŞ-ın ticarət kəsiri 2,5 mlrd. dollar azalıb
# 11 noyabr 2010 08:58 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın ticarət balansının mənfi saldosu cari ilin sentyabr ayında 44 mlrd. dollar təşkil edib ki, bu da avqust ayının göstəricisindən 2,5 mlrd. dollar azdır.

APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Ticarət Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Sentyabrda ABŞ-a idxalın həcmi 198,1 mlrd. dollar (-1%), ABŞ-dan ixracın həcmi 154,1 mırd. dollar (+0,3%) təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi 17%, ixracın həcmi isə 14,8% artıb.

Hesabat dövründə amerikalılar avtomobillərin, onların ehtiyat hissələrinin (-1,4 mlrd. dollar) və istehlak mallarının (-1,9 mlrd. dollar) idxalını azaldıb. ABŞ istehsalı olan ərzaq məhsullarının və içkilərin ixracı (+0,3 mlrd. dollar) isə artıb.

ABŞ-ın ticarət kəsirində liderlik Çinə məxsusdur. İkinci yerdə OPEK ölkələri, üçüncü yerdə isə Avropa İttifaqı gəlir. Bununla belə, ABŞ-ın ticarət əlaqələrində profisit müşahidə olunan ölkələr də var. Bu ölkələrin ilk üçlüyünə Honqkonq, Avstraliya və Sinqapur başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR