Bank Of Baku

Azərbaycanda bankomatların sayı son bir ildə 13% artıb

Azərbaycanda bankomatların sayı son bir ildə 13% artıb
# 11 noyabr 2010 10:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bankomatların sayı 2010-cu ilin oktyabr ayının 1-nə 1 847 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd və ya 12,8% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankomatların 1 028-i Bakı şəhərində, 819-u isə digər şəhər və rayonlarda yerləşir.

Eyni zamanda, ölkə üzrə POS-terminalların sayı 8 882 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 ədəd və ya 4,3% çoxdur. POS-terminalların 8 077-si Bakı şəhərində, 805-i isə regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR