Bank Of Baku

ABŞ prezidenti G20 liderlərinə müraciət edib

ABŞ prezidenti G20 liderlərinə müraciət edib
# 11 noyabr 2010 09:56 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama “Böyük 20-liy”in (G20) Cənubi Koreyada keçiriləcək sammiti ərəfəsində təşkilatın liderlərinə müraciət edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, B.Obama liderləri dünya iqtisadiyyatını birlikdə bərpa etməyə, maliyyə sistemini yaxşılaşdırmağa və dünya bazarlarında sabitlik yaratmağa çağırıb.

Onun sözlərinə görə, ABŞ bu sahədə öz üzərinə düşən öhdəlikləri yerinə yetirir: “Birləşmiş Ştatların dünya iqtisadiyyatına ən böyük töhfəsi yeni iş yerləri açmaqla əhalinin gəlir və xərclərinin artmasına yardımçı olmaqdır. ABŞ qanunvericiliyinə son dəyişikliklər istehlakçıların müdafiəsini və maliyyə bazarının etibarlılığını gücləndirməyə imkan verir”.

ABŞ prezidenti G20 liderlərini maliyyə islahatlarını sona çatdırmağa və ümumi rifah üçün çalışmağa səsləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR