Bank Of Baku

«Azərsığorta»nın daxilolmaları yanvar-oktyabr aylarında 4% artıb

«Azərsığorta»nın daxilolmaları yanvar-oktyabr aylarında 4% artıb
# 11 noyabr 2010 11:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin 2010-cu ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 21,429 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, toplanan sığorta haqlarında 1,223 mln. manat «Fərdi qəza və xəstəliklər sığortası», 451,435 min manat «Fiziki şəxslərin əmlak sığortası» və 318,494 min manat isə «Əmlakın yanğından və digər risklərdən sığortası» növlərinin payına düşüb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 5,7%, 2,1% və 1,5% təşkil edib.

Ödənişlərə gəldikdə isə bu müddət ərzində sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi 18% azalaraq 8,789 mln. manat olub. Sığorta ödənişlərində ən çox vəsait «Fiziki şəxslərin əmlak sığortası» (1,082 mln. manat və ya 12,3%), «Fərdi qəza və xəstəliklər sığortası» (318,397 min manat və ya 3,6%) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (66,687 min manat və ya 0,8%) növləri üzrə ödənilib.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 10 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR