Bank Of Baku

«Alfa Sığorta» şirkəti bu il daxilolmalarını 2,4 dəfə artıracaq

«Alfa Sığorta» şirkəti bu il daxilolmalarını 2,4 dəfə artıracaq
# 11 noyabr 2010 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkəti cari ilin sonuna kimi sığorta daxilolmalarının həcmini daha 6% artıraraq 2 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, 10 aylıq göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,4 dəfə çoxdur. «Ümumiyyətlə, şirkətin 2010-cu il üzrə strateji planı 2 mln. manat həcmində sığorta haqqının toplanmasından ibarətdir. Artıq bu ilin 10 ayı ərzində 1,9 mln. manata yaxın sığorta haqqı yığılıb və bu onu göstərir ki, biz artıq ilin sonuna kimi qeyd olunan illik proqnozu 100% icra edəcəyik. Həmçinin, yanvar-oktyabr aylarında şirkət tərəfindən risklər üzrə ümumilikdə 170 min mata yaxın sığorta ödənişi aparılıb. Bu ödənişlərin əksəriyyəti «Avtonəqliyyat vasitələrinin sığortası», «Fərdi qəza sığortası» və «Heyvanların sığortası» növləri üzrə ödənilib», - deyə sədr bildirib.

X.Məmmədxanlı bu ilin 10 ayı ərzində şirkətin əldə etdiyi mənfəətin həcminin 2009-cu ilin analoji dövrü ilə müqayisədə 15% artaraq 0,5 mln. manata çatdığını vurğulayıb.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 25 sığorta növü üzrə xidmətlər təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR