Bank Of Baku

«Azal Sığorta» şirkəti son bir ildə ödənişləri 70 dəfə artırıb

«Azal Sığorta» şirkəti son bir ildə ödənişləri 70 dəfə artırıb
# 11 noyabr 2010 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azal Sığorta» şirkətinin 2010-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 11,164 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Hava nəqliyyatı vasitələrinin sığortası» növü üzrə 7,522 mln. manat, «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» üzrə 2,785 mln. manat, «Ümumi mülki məsuliyyətin sığortası» növü üzrə isə 301,449 min manat sığorta haqqı toplanılıb.

Tədqiqat dövründə şirkət könüllü sığorta növlərindən 11,111 mln. manat, icbari sığorta növlərindən 52,908 min manat sığorta haqqı yığıb.

Ödənişlərə gəldikdə isə, qeyd olunan dövrdə şirkətin sığorta hadisələri üzrə ödənişləri 70 dəfə artaraq 414,629 min manata çatıb. Burada ən çox vəsait «Hava nəqliyyatı vasitələrinin sığortası» (384,981 min manat və ya 93%) və «Fərdi qəza və xəstəlik sığortası» (21,850 min manat və ya 5,3%) növləri üzrə ödənilib.

Qeyd edək ki, bütün ödənişlər könüllü sığorta növləri üzrə həyata keçirilib.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Hava Yolları» QSC olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir. Şirkət 16 könüllü və 2 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR