Bank Of Baku

Azərbaycanda plastik bank kartlarının sayı son bir ildə 6% artıb

Azərbaycanda plastik bank kartlarının sayı son bir ildə 6% artıb
# 11 noyabr 2010 14:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən buraxılmış plastik kartların sayı 2010-cu ilin oktyabrın 1-nə 4 059 min təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 245 min və ya 6,4%, cari ilin əvvəlindən isə 85 min və ya 2,1% çoxdur. Eyni zamanda, sentyabrda bu göstərici 6 min və ya 0,2% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, plastik kartlarla əməliyyatların tərkibində əsas yeri debet kartları tutur. Belə ki, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində debet kartları ilə 32 156 min əməliyyat aparılıb, əməliyyatların həcmi 3,872 mlrd. manata bərabər olub. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə əməliyyatların sayı 2,5%, həcmi isə 9,7% artıb. Debet kartları üzrə bir əməliyyatın ortalama məbləği 120,4 manata bərabər olub.

Həmin müddət ərzində kredit kartları ilə 1 642 min əməliyyat aparılıb, əməliyyatların həcmi 434 mln. manat təşkil edib. Bu göstəricilər ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 14,2% və 12,1% artıb. Kredit kartları üzrə bir əməliyyatın ortalama həcmi 264,3 manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR