Bank Of Baku

«Bank of Baku» Bakıda yeni filial açıb

«Bank of Baku» Bakıda yeni filial açıb
# 11 noyabr 2010 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gündən etibarən «Bank of Baku» ASC-nin Bakıda yerləşən yeni «28 May» filialı fəaliyyətə başlayıb.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yeni filialı R.Behbudov, 17, ünvanında (Caz Mərkəzinin yaxınlığında) yerləşir. Sözügedən filialda müştərilərə hesabların açılması, depozitlərin qəbul edilməsi, istehlak kreditlərinin verilməsi, kommunal ödənişlər, «Azercell», «Bakcell», «Nar Mobile» danışıqları üzrə ödənişlərin qəbul edilməsi, təcili pul köçürmələri, plastik kartların sifariş edilməsi və verilməsi, mübadilə əməliyyatları və növbəsiz ödəniş köşkləri («Cash-in») kimi xidmətlər göstəriləcək.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü ilin fevral ayından «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 24 bankomatı, 185 POS-terminalı və 478 işçisi mövcuddur. 10 filial və bir elektron şöbə Bakıda, 5 filial isə regionlarda fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR