Bank Of Baku

Tarif Şurası dövlət kadastr xidmətlərinin yeni tariflərini müəyyən edib

Tarif Şurası dövlət kadastr xidmətlərinin yeni tariflərini müəyyən edib
# 11 noyabr 2010 21:25 (UTC +04:00)
Bakı-APA. Tarif Şurasının növbəti iclası keçirilib. Bu barədə APA AzərTAc-a istinadən bildirir. İclasda Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən göstərilən kadastr xidmətlərinin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb. Azərbaycan Prezidentinin 2010-cu il 27 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na əsasən, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması bilavasitə Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinə həvalə edilib.

İclasda mərkəz tərəfindən göstəriləcək 8 müxtəlif xidmət üzrə baza məbləğləri 1-100 manat arasında dəyişməklə yeni tariflər qəbul edilib. Bu xidmətlər içərisində yalnız daşınmaz əmlak barədə rastr və vektor məlumatların CİS (Coğrafi İnformasiya Sistemi) məlumat bazasına daxil edilməsi əhali üçün nəzərdə tutulub. Bu xidmətə görə tarif 1,50 manat səviyyəsində müəyyən edilib.

Qəbul olunmuş tariflər noyabrın 12-dən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR