Bank Of Baku

«MBASK» sığorta şirkəti növbəti iri sığorta ödənişini edib - FOTO

«MBASK» sığorta şirkəti növbəti iri sığorta ödənişini edib - <font color=red>FOTO</font>
# 12 noyabr 2010 07:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «MBASK» sığorta şirkəti «Toyota Prado» avtomobilinin sığortaçısına 8 200 manat məbləğində iri sığorta ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən «MBASK» sığorta şirkəti öz müştərilərinə 2,635 mln. manatdan artıq məbləğdə ödəniş həyata keçirilib ki, bunun da 1,791 mln. manatdan çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.

Qeyd edək ki, «Client Care» xidmətinin həyata keçirilməsi çərçivəsində «MBASK» şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Şirkət öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması yanaşı, özəl müştərilərə VİP xidmətləri də göstərir.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və Eldar Qəribov (49%) çıxış edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR