Bank Of Baku

Barak Obama varlılar üçün vergiləri artırmaqdan imtina edib

Barak Obama varlılar üçün vergiləri artırmaqdan imtina edib
# 12 noyabr 2010 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama yüksək gəlirli vətəndaşlar üçün vergi güzəştlərinin müddətini uzatmağa razılaşıb.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə prezidentin müşaviri Devid Akselrod açıqlama verib.

Onun sözlərinə görə, bu, orta gəlirli vətəndaşlar üçün vergiləri aşağı səviyyədə saxlamağın yeganə üsuludur: “Prezident açıq şəkildə göstərib ki, güzəştlərin müddətinin uzadılması onun əsas prioritetidir və buna nail olmaq üçün kompromislərə getməyə hazırdır”.

Qeyd edək ki, Corc Buşun dövründə tətbiq olunan fiziki şəxslər üçün vergi güzəştlərinin müddəti 2011-ci ildə başa çatır. Obama əvvəlcədən bəyan edib ki, ildə 200 min dollar qazanan şəxslər və ya 250 min dollar gəliri olan ailələr üçün güzəştləri artırmaq niyyətində deyil.

ABŞ Konqresinin hesablamalarına görə, vergi güzəştlərinin müddətinin uzadılması uzaq perspektivdə ölkə büdcəsini 5 trln. dollar gəlirdən məhrum edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR