Bank Of Baku

“Paşa Sığorta” təkrarsığorta risklərinin xaricdə yerləşdirilməsi planı üzrə beynəlxalq danışıqları başa çatdırıb

“Paşa Sığorta” təkrarsığorta risklərinin xaricdə yerləşdirilməsi planı üzrə beynəlxalq danışıqları başa çatdırıb
# 12 noyabr 2010 10:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti təkrarsığorta risklərinin xaricdə yerləşdirilməsi planı üzrə beynəlxalq təkrarsığorta şirkətləri və brokerləri ilə danışıqlar prosesini başa çatdırıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, danışıqlar prosesi Almaniyanın Baden-Baden şəhərində keçirilmiş «İllik Təkrarsığorta Simpoziumu və Forumu» çərçivəsində baş tutub. Danışıqlar prosesinə əlavə olaraq şirkətin nümayəndə heyətinin üzvləri «Munich Re» Almaniya şirkətinin mərkəzi ofisində olublar. Səfər zamanı «Munich Re»də yerləşdirilmiş Azərbaycan inşaat-montaj və digər energetik risklərin statusu, həmçinin 2011-ci ildə risklərin yerləşdirilməsi və təkrarsığorta təminatının alınması perspektivləri və şərtləri müzakirə edilib.

Qeyd edək ki, hər il oktyabr ayının sonunda Baden-Baden şəhərində keçirilən “İllik Təkrarsığorta Simpoziumu və Forumu” beynəlxalq sığortada cari istiqamətlərin qiymətləndirilməsi və növbəti il üçün təkrarsığorta fəaliyyətinin planlaşdırılması üzrə beynəlxalq tədbirdir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət nizamnamə kapitalı 9 mln. manat və aktivləri 19 mln. manatla həmin göstəriciləri üzrə ölkə sığortaçılarının ilk üçlüyünə daxildir. Hazırda şirkət 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR