Bank Of Baku

Azərbaycan əhalinin nağd avroya marağı artır

Azərbaycan əhalinin nağd avroya marağı artır
# 12 noyabr 2010 11:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhali tərəfindən 2010-cu ilin yanvar-sentyabr ayları ərzində satılmış nağd avronun həcmi 62 556 400, alış həcmi isə 707 305 100 avro təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi 15,6%, alış həcmi isə 49,1% artıb.

Azərbaycanda nağd avroya marağın və nəticədə bu valyuta ilə əməliyyatların həcminin artmasının əsas səbəbi kimi onun manata qarşı məzənnəsinin enməsini qeyd etmək olar. Belə ki, cari və ötən illər üzrə nağd avronun manata qarşı ortalama məzənnəsi 5,3%, sentyabrın sonunun ilin əvvəli ilə müqayisəsində isə 11% ucuzlaşıb. Buna görə də nağd avro bazarında adi tələbatla bağlı olan əməliyyatlarla yanaşı, spekulyativ əməliyyatlar da çoxalıb. Adi əməliyyatlar kimi nağd avronun avrozonadan pərakəndə idxalı nəzərdə tutulur ki, bu istiqamətdə də artım müşahidə olunur və nəticədə avronun alışı kəskin artmaqdadır.

Bundan başqa, avronun müəyyən dərəcədə ucuzlaşması onun əhali tərəfindən yığım valyutası kimi qəbul edilməsinə də müsbət təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR