Bank Of Baku

«Texnika Leasing» şirkətinin lizinq müqavilələrinin sayı kəskin azalıb

«Texnika Leasing» şirkətinin lizinq müqavilələrinin sayı kəskin azalıb
# 12 noyabr 2010 11:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnika Leasing» QSC-nin lizinq portfelinin ümumi həcmi cari ilin oktyabr ayının 1-nə 3,970 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrün yekun göstəricisi ilə müqayisədə 5% azdır.

Şirkətin baş mühasibi Bilal Ruhullazadənin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin aktivlərinin həcmi 6,4% azalaraq 4,021 mln. manat, məcmu kapitalı isə 2,419 mln. manat təşkil edib. Şirkətin müştərilərlə bağladığı müqavilələrin sayı son bir ildə 37% azalaraq 22-yə çatıb.

Lizinq portfelinin tərkibinə gəldikdə, portfelin 55%-ni xüsusi təyinatlı tikinti texnikası, 40%-ni yük avtomobilləri və 5%-ni isə minik avtomobilləri təşkil edib.

Xatırladaq ki, «Texnika Leasing» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət tərəfindən lizinq avadanlıqları illik 18-19% olmaqla 6-24 ay müddətinə verilir. Lizinq avadanlıqlarının minimum dəyəri 20 min manat, ilkin ödəniş isə 20-25% olmalıdır. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2,5 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR