Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı cari ildə manat intervensiya siyasəti həyata keçirib

Azərbaycan Mərkəzi Bankı cari ildə manat intervensiya siyasəti həyata keçirib
# 12 noyabr 2010 12:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2010-cu ilin 9 ayı ərzində pul siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq öz fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyinin qorunması, bank-maliyyə sektorunda sabit inkişafın davam etdirilməsi, iqtisadiyyatın pula olan tələbatının ödənilməsi kimi hədəflərin reallaşmasına yönəldib və qarşıya qoyulan vəzifələri yerinə yetirə bilib.

APA-Economics”in xəbərinə görə, bu barədə AMB-nin 2010-cu ilin yanvar-sentyabr üzrə Pul siyasəti icmalında bildirilir.

Cari ilin ötən dövründə AMB Bank özünün məzənnə siyasətini valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində həyata keçirib. Ötən ilin müvafiq dövründə Mərkəzi Bank satış yönlü müdaxilələr həyata keçirdiyi halda, cari ilin 9 ayı ərzində 972,5 mln. ABŞ dolları həcmində valyuta sterilizasiyası həyata keçirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə valyuta bazarında xarici valyutaya tələbatın azalması banklar tərəfindən ölkəyə gətirilən nağd xarici valyutanın və əhaliyə satılan nağd valyutanın azalmasında da özünü göstərib. Belə ki, dövr ərzində banklar tərəfindən ölkəyə xalis gətirilən nağd xarici valyutanın və xalis nağd mübadilə əməliyyatlarının həcmi 2009-cu ilin 9 ayına nisbətən 10,6% azalıb. Cari ilin yanvar-sentyabr aylarında manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,05% möhkəmlənib.

AMB-nin hesablamalarına görə, cari ilin 9 ayı ərzində manatın məzənnəsinin sabitliyi ölkədə inflyasiyanın, xarici borc yükünün, dollarlaşmanın artmamasına və bütövlükdə əhalinin sosial vəziyyətinin yaxşılaşmasının dəstəklənməsinə əlverişli şərait yaradıb.

Hesabat dövründə manatın nominal məzənnəsi ticarət partnyoru olan bəzi ölkələrin valyutalarına qarşı ucuzlaşdığı halda, digər ölkələrin valyutalarına qarşı möhkəmlənib. Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin də dəyişməsinə təsir göstərib. Yanvar-sentyabr aylarında manat bəzi ölkələrin (Türkiyə, Ukrayna, Qazaxıstan, Yaponiya) valyutalarına qarşı həm nominal, həm də real olaraq ucuzlaşıb. Hesabat dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 3% bahalaşıb ki, bu da inflyasiyaya azaldıcı təsir göstərib. Partnyor ölkələrdəki inflyasiyanın Azərbaycandakı inflyasiyanı üstələməsi manatın real effektiv məzənnəsinə 0,8 faiz bəndi azaldıcı təsir göstərib. Real effektiv məzənnə (REM) qeyri-neft sektoru üzrə dövr ərzində 2,2% bahalaşıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal və real effektiv məzənnə müvafiq olaraq 1,5% və 1,7% möhkəmlənib. Ümumilikdə ölkə üzrə qeydə alınan 9 aylıq inflyasiya aşağı inflyasiyalı partnyorlardan (ABŞ, avrozona, Böyük Britaniya, Çin, Yaponiya, İsrail) yüksək, yuxarı inflyasiyalı partnyorlardan isə (Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan, İran) aşağı olub. Ölkənin qeyri-neft ixracının əsasən yuxarı inflyasiyalı partnyorlara getdiyini nəzərə aldıqda, o zaman bu ölkələr üzrə REM-in rəqabət qabiliyyəti baxımından əlverişli dəyişdiyini qeyd etmək mümkündür. Belə ki, REM dövr ərzində 1,1% ucuzlaşıb, ümumi möhkəmlənmə isə əsasən uzaq xarici ölkələr üzrə baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR