Bank Of Baku

Gələn ilin yanvarında Bakıda Polşa-Azərbaycan elmi-praktik simpoziumu keçiriləcək

Gələn ilin yanvarında Bakıda Polşa-Azərbaycan elmi-praktik simpoziumu keçiriləcək
# 12 noyabr 2010 12:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Auditorlar Palatasının təşkilatçılığı ilə növbəti ilin yanvar ayının 27-28-də Bakıda “Müasir şəraitdə auditin aktual problemləri” mövzusunda Polşa-Azərbaycan elmi-praktik simpoziumu keçiriləcək.

Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Auditorlar Palatasının elmi-metodik məsələlər üzrə sədr müşaviri Nəcəf Talıbov bildirib.

N.Talıbovun sözlərinə görə, bununla bağlı razılaşma Polşada keçirilən «İctimai nəzarət sistemində auditin rolu» mövzusunda XI illik audit konfransında əldə edilib. Polşa Auditorlar Palatasının prezidenti Adam Keşik bu simpoziumun keçirilməsinə müsbət cavab verib.

Qeyd edək ki, simpozium Azərbaycan Universitetində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR