Bank Of Baku

Azərbaycanda akkreditiv əməliyyatların həcmi artır

Azərbaycanda akkreditiv əməliyyatların həcmi artır
# 12 noyabr 2010 13:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən keçirilən akkreditiv əməliyyatların həcmi 2010-cu ilin oktyabrın 1-nə 417,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,8%, cari ilin əvvəlindən 46,9% çoxdur. Sentyabr ayında isə bu göstərici 6% artıb.

Xatırladaq ki, akkreditiv bir bankın digər banka və ya banklara müştərinin istəyi ilə ödəmələrin aparılması barədə tapşırıqdır. Bu halda müştərinin bankı onun kontragenti olan banklar qarşısında zamin kimi çıxış edir. Bank öz növbəsində müştəriyə onun hesab qalığı çərçivəsində və ya bu, həddən daha artıq miqdarda olsa, akkreditiv krediti aça bilər. Akkreditiv əməliyyatları əsasən ticarət, o cümlədən xarici ticarətdə fəal istifadə olunur ki, bu əməliyyatları nəzərə çarpan dərəcədə asanlaşdırır və nağd hesablaşmaları bu prosesdən kənarlaşdırır.

Qeyd edək ki, cari ilin oktyabrın 1-nə akkreditiv əməliyyatların Azərbaycanda fəaliyyət göstərən bankların ümumi kredit portfelində xüsusi çəkisi 4,7% təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin oktyabrın 1-də 3,3%, cari ilin əvvəlində 3,4%, cari ilin sentyabrın əvvəlində isə 4,5%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR