Bank Of Baku

Azərbaycan Auditorlar Palatası Polşada beynəlxalq audit konfransında iştirak edib

Azərbaycan Auditorlar Palatası Polşada beynəlxalq audit konfransında  iştirak edib
# 12 noyabr 2010 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Auditorlar Palatası Polşa Auditorlar Palatasının təşkil etdiyi «İctimai nəzarət sistemində auditin rolu» mövzusunda XI illik audit konfransında iştirak edib.

Azərbaycan Auditorlar Palatasının elmi-metodik məsələlər üzrə sədr müşaviri Nəcəf Talıbovun «APA-Economics»ə verdiyi məlumata görə, konfransda «Auditə ictimai nəzarət üzrə milli və qeyri milli nizamnamələr», «Özünüidarəetmədə nəzarət və ictimai nəzarət», «Audit xidmətləri üzrə auditorun məsuliyyəti», «Auditor firmalarında keyfiyyətə nəzarətin təşkili», «İctimai nəzarət və özünüidarəetmədə nəzarətin başlıca aspektləri» mövzularında Avropa Komissiyasının, FEE, Dünya Bankı, İCAEV, FİDEF, İRE, ACCA, CECCAR, UFPAA təşkilatlarının, habelə Polşa auditor şirkətlərinin nümayəndələrinin məruzələri dinlənilib.

Konfransda Avropa Komissiyasının «Yaşıl sənəd»inin müzakirəsi xüsusi diqqət mərkəzində olub, həmin sənədin müzakirəsində Azərbaycan auditorlarının mülahizələri də dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR