Bank Of Baku

Azərbaycan Auditorlar Palatası Malayziyada keçirilən beynəlxalq audit konfransında iştirak edib

Azərbaycan Auditorlar Palatası Malayziyada keçirilən beynəlxalq audit konfransında iştirak edib
# 13 noyabr 2010 07:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Auditorlar Palatası Beynəlxalq Mühasibat Federasiyasının Malayziyada keçirilən illik konfransında iştirak edib.

Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov bildirib.

N.Talıbovun sözlərinə görə, konfransda Azərbaycanı Palatanın aparat rəhbəri Qəşəm Bayramov təmsil edib. Q.Bayramov tədbirdə hər hansı mövzuda çıxış etməsə də, İmtiyazlı Mühasiblər Assosiasiyasının (ACCA) nümayəndəsi Azərbaycanda audit sahəsinin mövcud durumu və bu sahənin gələcək perspektivləri haqqında geniş məruzə edib.

Qeyd edək ki, konfransda Azərbaycan Dövlət Neft Şirkəti ilə yanaşı, digər dövlət qurumlarının nümayəndələri də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR