“APA-Economics”in xəbərinə görə, bu barədə Mərkəzi Bankın 2010-cu ilin yanvar-sentyabr üzrə Pul siyasəti icmalında deyilir.
Hesabat dövrü ərzində məcburi ehtiyat normaları da dəyişdirilməyərək 0,5% səviyyəsində saxlanılıb. Məcburi ehtiyat normalarının ortalama müddətinin dövr ərzində həm manat, həm də xarici valyutada depozitlər üzrə 1 ay olaraq qalması banklar tərəfindən likvidliyin optimal tənzimlənməsinə əlverişli şərait yaradıb.
Nəticədə cari ilin 9 ayı ərzində Mərkəzi Bank öz likvidlik pəncərəsini açıq saxlayıb, əməliyyatlar üzrə saldo ilin əvvəlindəki 1 454 mln. manatdan oktyabrın 1-nə 1 709,4 mln. manata çatıb:
(mln. man.)
| 01.01.2010 | 01.10.2010 |
Likvidliyin verilməsi | 1 483,5 | 1 755,2 |
Likvidliyin cəlb olunması | 29,5 | 45,9 |
Likvidlik saldosu | 1 454 | 1 709,4 |
Qeyd edək ki, likvidlik saldosu AMB-nin likvidliyin verilməsi alətlərinin qalığı ilə likvidliyin cəlb olunması əməliyyatlarının qalığı arasındakı fərqi ifadə edir. Beləliklə, cari ildə Mərkəzi Bank hələ də bank sisteminin dəstəklənməsini zəruri sayır.