Bank Of Baku

Azərbaycanda kreditlər sentyabrda ucuzlaşıb

Azərbaycanda kreditlər sentyabrda ucuzlaşıb
# 13 noyabr 2010 08:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən kreditlər üzrə orta faiz dərəcələri 2010-cu il oktyabr ayının 1-nə manatla illik 14,10%, xarici valyutada isə 16,21% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstəricilər müvafiq olaraq 1,82 faiz bəndi və 0,98 faiz bəndi azalıb.

Sentyabr ayında manatla olan kreditlər üzrə faiz dərəcələri 1,75 faiz bəndi, xarici valyutada isə 1,18 faiz bəndi azalıb. Beləliklə, manat kreditlərin faiz dərəcələrinin illik enməsinin əsas hissəsi sentyabr ayına düşüb, xarici valyutada olan kreditlər üzrə isə sentyabrdakı enmə illik enməni üstələyib.

Qeyd edək ki, Azərbaycanda kreditlərin ucuzlaşması həm fiziki, həm də hüquqi şəxslər üzrə müşahidə olunur. Belə ki, cari ilin 9 ayı ərzində fiziki şəxslərə verilən kreditlərin faiz dərəcələri manatla 1,09 faiz bəndi azalaraq 19,45%-ə, valyutada isə 0,26 faiz bəndi azalaraq 23,01%-ə düşüb. Eyni zamanda hüquqi şəxslərə verilən kreditlər üzrə faiz dərəcələri manatla 2,37 faiz bəndi azalaraq 11,77%-ə, xarici valyutada isə 1,49 faiz bəndi azalaraq 13,16%-ə çatıb.

Azərbaycanda bank kreditlərinin faiz dərəcələrin təhlili digər maraqlı bir nəticəni aşkarlayır. Belə ki, fiziki və hüquqi şəxslərə verilən kreditlərin faiz dərəcələrində fərq hələ də yüksək olaraq qalır. Oktyabrın 1-nə bu göstərici manat kreditləri üzrə 7,68 faiz bəndi, xarici valyutada olan kreditlər üzrə isə 9,85 faiz bəndi təşkil edir. Yəni fiziki şəxslərə verilən kreditlər hüquqi şəxslərə verilən kreditlərdən manatla 1,7 dəfə, valyutada isə 1,8 dəfə bahadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR