Bank Of Baku

Avropa Birliyi Azərbaycan Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını istəyir - FOTO

Avropa Birliyi Azərbaycan Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını istəyir - <font color=red>FOTO</font>
# 13 noyabr 2010 09:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın dövlət maliyyə idarəçiliyi sistemində islahatların aparılması, büdcəyə nəzarətin artırılması və Hesablama Palatasının funksiyalarının gücləndirilməsi məsələləri palatanın sədri Heydər Əsədovla Avropa Komissiyasının nümayəndələrinin görüşündə müzakirə edilib.

«APA-Economics»in məlumatına görə, Avropa Yardım Əməkdaşlıq İdarəsinin Avropa üzrə coğrafi proqram əlaqələndiricisi və Nəzarət Bölməsinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Anjelo Borqoni və Makroiqtisadi Yardım Bürosunda Keyfiyyətin idarə edilməsi üzrə məsul şəxs Luka Orianidən ibarət nümayəndə heyətinin palata rəhbərliyi ilə görüşündə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia da iştirak edib.

R.Kobia bildirib ki, Avropa İttifaqı Büdcəyə Dəstək Proqramının həyata keçirilməsində Hesablama Palatasını Maliyyə Nazirliyi və Milli Məclisin İqtisadi siyasət komitəsi ilə bərabər Azərbaycanda əsas tərəfdaşlardan biri kimi qəbul edir.

Xatırladaq ki, 2012-2015-ci illərdə həyata keçiriləcək Büdcəyə Dəstək Proqramı Azərbaycanda maliyyə idarəçiliyi sahəsində islahatların aparılmasını nəzərdə tutur.

Avropa Komissiyasının nümayəndələri Büdcəyə Dəstək Proqramı çərçivəsində səmərəli büdcə siyasətinin aləti kimi Orta Müddətli Fiskal Mexanizmin təkmilləşdirilməsi, parlamentin büdcəyə nəzarətinin daha effektiv həyata keçirilməsinə xüsusi əhəmiyyət verdiklərini bildiriblər. Eyni zamanda avropalılar ölkənin Ali Audit Qurumu olaraq Hesablama Palatasının kənar audit funksiyasının gücləndirilməsi və bütövlükdə dövlət maliyyə idarəçiliyi sistemində islahatların aparılmasının da vacib olduğunu qeyd ediblər.

Hesablama Palatasının Büdcəyə Dəstək Proqramı sahəsində əməkdaşlığa hazır olduğunu bildirən H.Əsədov bu islahatlar çərçivəsində auditin səmərəliliyinin daha da artırılması üçün görüləcək işlər barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR