Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının növbəti iclasının vaxtı müəyyənləşib

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının növbəti iclasının vaxtı müəyyənləşib
# 13 noyabr 2010 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) İdarə Heyətinin növbəti iclasının tarixi müəyyənləşib.

Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, bu ilin noyabr ayının 22-də keçiriləcək iclasda quruma daha iki kredit ittifaqının - «Qarabağ 2010» (Ağcabədi) və «Ceyhun» (Beyləqan) kredit ittifaqlarının quruma üzvlüyü təsdiqlənəcək və bununla da AKİA-ya üzv olan kredit ittifaqlarının sayı 69-a çatacaq. İclasda cari məsələlərin də müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 67-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR